Baş konsul geri çağırıldı

11.09.2015 02:06     Siyasi reaksiya     1977

Azərbaycan prezidenti İlham Əliyev Hüseyn Nəcəfovun Gürcüstanın Batumi şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Reaksiya.az-ın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Rəşad İsmayılov Azərbaycanın Batumidəki baş konsulu təyin edilib.

R. İsmayılova həmçinin ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Şərhlər