ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma seçkilərin nəticələrini tanımayacaq

11.09.2015 05:16     Siyasi reaksiya     1602

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.

“Münaqişənin tam nizamlanması kontekstində biz Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyən edilməsində olan rolunu qəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır və biz 13 sentyabr tarixli qondarma seçkilərin bölgənin hüquqi statusuna təsir edə biləcək amil kimi qəbul etmirik”,  deyə Kirbi bildirib. 

Şərhlər