Azərbaycan prezidenti Astanada tədbirlərə qatıldı
11.09.2015 12:09 Siyasi reaksiya 1924
Azərbaycan prezidenti İlham Əliyev Astanada Qazax xanlığının yaranmasının 550 illik yubileyinə həsr olunan tədbirlərə qatılıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Kazakhistan today” agentliyi məlumat yayıb.
Astanada Müstəqillik Sarayında keçirilən tədbirlərdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax xalqını təbrik etdikdən sonra xarici qonaqları, o cümlədən Azərbaycan və Qırğızıstan prezidentlərini salamlayıb.
Xatırladaq ki, bu gün Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının V sammiti keçiriləcək.
Sammitdə Azərbaycan prezidenti də iştirak edəcək.
Türkiyəni isə Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yıldız təmsil edəcək.
Şərhlər