Elmar Məmmədyarovdan Qarabağ şərti

11.06.2015 18:23     Siyasi reaksiya     1759

XİN rəhbəri: "İşğalçı Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır"

Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsinin sədri Qabriella Kuevas Barronu ilə görüşüb.

XİN-nin mətbuat xidmətindən Reaksiya.Az-a bildirilib ki, görüş zamanı Azərbaycan və Meksika arasında münasibətlərin müxtəlif aspektləri və əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Həmçinin parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə vurğulanıb və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin artırılmasının vacibliyi qeyd olunub.

Nazir E.Məmmdəyarov regionda hərtərəfli inkişafa və inteqrasiya proseslərinə başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, münaqişənin həlli üçün ilk olaraq işğalçı Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Şərhlər

Çox oxunanlar