"Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik" - XİN

11.09.2015 17:37     Siyasi reaksiya     2022

Avropa İttifaqıKomissiyasının nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan tərəfindən təxirə salınır.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixində Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməsinə görə AzərbaycanlaAvropa İttifaqı arasında Strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa İttifaqıKomissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınır.

"Ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyllərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik", - deyə açıqlamada vurğulanır.

Şərhlər