Azərbaycan prezidenti Krala başsağlığı verdi
12.09.2015 12:58 Siyasi reaksiya 2090
Azərbaycan prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.
Reaksiya.az-ın məlumatına görə, başsağlığında deyilir:
“Əlahəzrət, Əziz Qardaşım, Məkkə şəhərindəki Məscidül-Həramda baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”.
Şərhlər