Ekspert: “Avropa Oyunları başa çatana qədər Azərbaycan bütün dünyanın gündəmində olacaq”

11.06.2015 19:15     Siyasi reaksiya     1692

Politoloq Elçin Xalidbəyli Bakıda Avropa Oyunlarının açılış mərasimində eyni vaxtda Rusiya və Türkiyə prezidentlərinin iştirakının Qafqaz məsələlərinin strateji həllinin tapılmasında hansı imkanlar yaradacağı ilə bağlı Reaksiya.az –a açıqlamasında bildirib. O, qeyd edib ki, I Avropa Oyunlarının Bakıda keçirilməsinin özü Azərbaycanın müasir tarixi üçün olduqca əlamətdar hadisədir: “Çünki belə bir önəmli idman tədbirinin Azərbaycanda təşkil olunması ölkəmizin beynəlxalq imici baxımından başqa heç nə ilə müqayisə edilməyəcək səviyyədə müsbət dividentlər vəd edir. Belə ki, Avropa Oyunlarının başa çatmasına qədər Azərbaycan bütün dünyanın gündəmində əsas yerlərdən birini tutmaqda davam edəcək. Olkəmiz bütün dünyada hər gün təbliğ edilmiş olacaq. Hətta belə müqaqyisə apara bilərik ki, başqa nəhəng dövlətlər özlərinin analoji piar kampaniyaları üçün milyardlarla dollar vəsait xərcləyirlər. Halbuki Birinci Avropa Oyunlarının Azərbaycana qazandıracağı müsbət piar dividentləri həmin ölkələrin təbliğat kampaniyalarından daha çox təsirli olacaq. Ona görə də, Birinci Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini mütləq nəzərə almaq lazımdır. Eyni zamanda Birinci Avropa Oyunlarının açılış mərasimində bir çox dünya dövlətlərinin liderlərinin, o cümlədən, Rusiya və Türkiyə prezidentlərinin iştirak edəcəyini də qətiyyən nəzərdən qaçırtmaq olmaz. Hər halda, beynəlxalq siyasi proseslərdə müəyyən söz sahibi olan dövlət liderlərin bir araya gəlməsinin Cənubi Qafqaz regionunun problemlərinin həllinə müsbət təsir göstərə bilər. Yəqin ki, yaxın gələcəkdə bütün bunların nəticələrini regional proseslərdə müşahidə edə biləcəyik”.

Şərhlər

Çox oxunanlar