Milli Məclisin növbədənkənar iclası başladı

14.09.2015 12:26     Siyasi reaksiya     2126

Azərbaycan Milli Məclisinin bu gün payız sessiyasında ilk plenar iclası başlayıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, növbədənkənar çağırılan xüsusi plenar iclası spiker Oqtay Əsədov açıq elan edib və Dövlət Himni səsləndirilib.

İclas Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnamə ilə bağlı çağrılıb.

İclasda Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı müzakirəyə çıxarılıb.

Şərhlər