Azərbaycan prezidenti Bolqarıstanın baş nazirini qəbul edib

11.06.2015 21:17     Siyasi reaksiya     1686

İyunun 11-də Azərbaycan prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstanın baş naziri Boyko Borisovu qəbul edib.
 
APA-nın xəbərinə görə, bu yaxınlarda Bolqarıstana səfərini və baş nazir Boyko Borisovla Sofiyada keçirdiyi görüşü xatırlayan dövlət başçısı onun ölkəmizə səfərinin və birinci Avropa Oyunlarının açılış mərasimində iştirakının önəmini qeyd edib. Birinci Avropa Oyunlarının tarixi bir hadisə olduğunu vurğulayan prezident İlham Əliyev Bolqarıstan idmançılarına uğurlar arzulayıb.
 
Bolqarıstanın baş naziri Boyko Borisov ölkəsinin birinci Avropa Oyunlarında böyük nümayəndə heyəti ilə təmsil olunduğunu deyib.
 
Görüşdə Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi və genişləndiyi bildirilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər

Çox oxunanlar