Milli Məclis qərar qəbul etdi - “Azərbaycana şər atılır"

14.09.2015 17:32     Siyasi reaksiya     2015

Azərbaycan Milli Məclisinin bu gün keçirilən xüsusi iclasında “Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı” adlı sənəd qəbul olunub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, qərar layihəsini MM-in sədr müavini, Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Valeh Ələsgərov oxuyub.

Sənəddə bildirilir ki, Avropa Parlamentinin məlum qətnaməsi qurumun Azərbaycana qarşı son dərəcə qərəzli olduğunu göstərir: “Azərbaycana şər atılır, nüfuzuna xələl gətirilməsinə və Azərbaycanın təcrid olunmasına cəhd olunur. Ötən ilin sentyabrından bu qurum yeni tərkibdə fəaliyyətə başladığı vaxtdan Azərbaycanla qurum arasında hər hansı dialoqun baş tutması bu təşkilatın bəzi üzvlərinin, o cümlədən sədrinin günahı ucbatından mümkün olmayıb. Avropa Parlamentinin deputatlarının, sədrinin Azərbaycana səfərinə təşkilat tərəfindən qeyri-rəsmi qadağa qoyulub”.

Qərarda bildirilir ki, qətnamədə bir sıra şəxslərin azad olunması ilə bağlı tələblər heç bir hüquqi əsas doğurmur və Azərbaycan məhkəmələrinin işinə müdaxilədir.

Şərhlər