Faiq Sücəddinova Prezidentin fərdi təqaüdü verildi

14.09.2015 20:17     Siyasi reaksiya     2073

Prezident İlham Əliyev bəstəkar Faiq Sücəddinova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1.Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Mir Faiq Miri oğlu Sücəddinova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

 

Şərhlər

Çox oxunanlar