Xaçmaz rayonunun inkişafında xidmətləri olan şəxslərə fəxri adlar və medallar verildi - SİYAHI

14.09.2015 21:05     Siyasi reaksiya     2068

Prezident İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:

Xaçmaz rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar Mühəndis”

Rzayev Azər Həbib oğlu

“Əməkdar Müəllim”

Salahova Tünzalə Sabir qızı

“Əməkdar Həkim”

Tağıyev Səyyaf Süleyman oğlu"

Dövlət başçısı Xaçmaz rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraqqərara alıram:

Xaçmaz rayonunun ictimai-siyasi həyatında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsin:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Haqverdiyev Azər Məhərrəm oğlu

Mehmanov Yetkin Cavad oğlu

“Tərəqqi” medalı ilə

Aslanov Şahin Şamil oğlu

Bədəlov Polad Mirzəağa oğlu

Əlifxanov Eldar Əlifxan oğlu

Əsgərova Könül Rəcəb qızı

Əzimov Ağamirzə Kazım oğlu

Haqverdiyeva Zinyət Yaqub qızı

Xankişiyev Rafiq Mikayıl oğlu

Xeyirov Rəhman Orucəli oğlu

Məmmədov Böyükağa Əhməd oğlu

Qurbanov Böyükağa Cabir oğlu

Səfərəliyev Qalib Əlimənsur oğlu

Səlimov Eldəniz Adil oğlu"

Şərhlər