"Ukrayna Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i tanımır" - Açıqlama

15.09.2015 02:11     Siyasi reaksiya     1668

Ukrayna Dağlıq Qarabağda sentyabrın 13-də keçirilmiş "yerli özünü idarəetmə orqanlarına seçkiləri" tanımır.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

"Bu "seçkilər"in hüquqi nəticəsi ola bilməz. Ukrayna Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında sülh yolu ilə nizamlanmasının tərəfdarıdır”, sənəddə vurğulanır.

Şərhlər