ABŞ səfiri AMİP-in sədri ilə görüşdü

15.09.2015 13:35     Siyasi reaksiya     1943

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının müvəqqəti Mərkəzi Qərərgahında AMİP rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert F. Sekuta arasında görüş keçirilib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı AMİP-in Mətbuat və İnformasiya xidməti yayıb. Məlumata görə, görüşdə Azərbaycan Milli İstiqlal Partiyasını AMİP sədri Yusif Bağırzadə, AMİP Baş katibi Arzuxan Əlizadə və AMİP Beynəlxalq əlaqələr katibi Elşən Mustafayev təmsil ediblər. Görüş zamanı əsasən Azərbaycanda keçiriləcək Parlament seçkiləri, xüsusilə də Avropa Parlamentində Azərbaycanla əlaqədar qəbul edilmiş qətnamə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosu tərəfindən parlament seçkilərinə müşahidə missiyası göndərilməməsi fonunda seçkiöncəsi vəziyyət, AMİP-in seçkilərdə iştirakı və digər məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycanın regiondakı rolu, ölkənin Avropa məkanına inteqrasiyası, bu istiqamətdə siyasi partiyaların rolu və AMİP-in beynəlxalq əlaqələri ilə bağlı məsələləri də müzakirə ediblər. ABŞ səfirini görüşdə Səfirliyin Siyasi İşlər üzrə Müşaviri xanım Syuzan Çesli müşaiyət edib.

Şərhlər