Çex Respublikasının Prezidentinin rəsmi qarşılanma mərasimi oldu

15.09.2015 15:09     Siyasi reaksiya     1920

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Çex Respublikasının Prezidenti Miloş Zemanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın və Çexiyanın bayraqlarının dalğalandığı meydanda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi. Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Çex Respublikasının Prezidentinə raport verdi.

Çexiyanın və Azərbaycanın himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Çex Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Miloş Zemana, Çexiyanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Şərhlər