Bahar Muradova YAP-ın siyahısından danışdı

15.09.2015 16:10     Siyasi reaksiya     1984

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, toplantıda hakim partiyanı bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkisində təmsil edəcək deputatlığa namizədlərinin siyahısı müzakirə olunub. Müzakirələrdən sonra YAP İdarə Heyəti namizədlərin siyahısını təsdiqləyib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə deyib ki, iclasda partiyanın deputatlığa namizədlərinin siyahısı müzakirə olunub: "İclas yaxşı keçdi. Bir qədər sonra deputatlığa namizədlərin siyahısı açıqlanacaq".

Şərhlər