Azay Quliyev bu gün Monqolustana gedir
15.09.2015 16:50 Siyasi reaksiya 2246
Milli Məclisin deputatı Azay Quliyev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 15-də Monqolustanın paytaxtı Ulan Bator şəhərinə səfərə yola düşür.
Reaksiya.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, “ATƏT ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həlli: regional əməkdaşlıqda parlamentlərin rolunun gücləndirilməsi” sessiyanın əsas mövzusu olacaq. Tədbirin açılış mərasimində Monqolustan Prezidenti və ölkə Parlamentinin sədri iştirak edəcəklər.
Toplantıda regional təhlükəsizlik, terrorizm və insan alveri ilə mübarizədə ATƏT-in rolu, regionda iqtisadi çətinliklər, qida təhlükəsizliyi, suyun idarəçiliyi ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq, demokratik təsisatların inkişafı, insan hüquqları, media azadlığı, dini dözümlülük, gender bərabərliyi məsələləri müzakirə olunacaq.
Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsinin iclası olacaq. Həmçinin “Mərkəzi Asiya” adlı dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.
Səfər sentyabrın 20-də başa çatacaq.
Şərhlər