"YAP-ın 7 dairədə namizədi olmayacaq" - Rəsmi

15.09.2015 17:13     Siyasi reaksiya     1954

"İclas yaxşı keçdi, əvvəlki tərkibə nisbətən namizədlər siyahısında qadınların sayı çoxdur".

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, partiyanın İntizam Komissiyasının sədri Kərim Kərimov deyib.

K. Kərimov bildirib ki, siyahıda əsaslı dəyişiklər edilib: "Siyahıda iş adamları var, qadınlar, gənclər çoxdur. Köhnə tərkibdən xeyli namizəd göstərilməyən də var. Tərkib yenilənir".

O, YAP-ın təxminən 7 dairədən namizəd irəli sürməyəcəyini də bildirib.

Şərhlər