Azərbaycan Ermənistan təyyarəsini vurdu

15.09.2015 17:17     Siyasi reaksiya     3388

Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, hadisə cəbhənin Ağdam rayonu istiqamətində qeydə alınıb.

Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.

Şərhlər