Çexiya Dağlıq Qarabağdakı qondarma "seçkilər"i tanımadı

16.09.2015 13:14     Siyasi reaksiya     2046

Çexiya Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “yerli özünüidarə orqanlarına seçkilər” ilə bağlı bəyanat verib.

Reaksiya.az  xəbər verir ki, bəyanatda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 13 sentyabr 2015-ci il tarixində belə adlanan “yerli özünüidarə orqanlarına seçkilərin” keçirildiyi bildirilib. Bu kontekstdə Çexiya Xarici İşlər Nazirliyi baş tutmuş “seçkilərin” konstitusiya və hüquqi çərçivəsinin tanımadığını bəyan edib.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu və qrupun həmsədrlərinin istifadə etdiyi beynəlxalq hüququn prinsipləri əsasında sülh yolu ilə tənzimlənməsinin Çexiya Respublikası tərəfindən dəstəkləndiyi bildirilib.

Şərhlər