Bütün bu hərəkətlər ölkəmizin dünyadakı müsbət imicinə kölgə salmaq məqsədini güdür - Münasibət
12.06.2015 12:32 Siyasi reaksiya 1423
Bunu Reaksiya.az – a açıqlamasında REQ – in rəhbəri, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib. O, Qeyd edib ki, ölkəmizdə bu gün start veriləcək I Avropa oyunları ərəfəsində bəzi qüvvələr israrla dünya ictimaiyyətində ölkəmizlə bağlı qaralama kampaniyası yaymaqda davam edirlər: “Bu tip xəbərləri yayanlar ancaq bir məqsəd güdürlər: ölkəmizi qaralamaq, insanlarımız haqqında vəhşi və barbar obrazı yaratmaq. Bütün bu hərəkətlər ölkəmizin dünyadakı müsbət imicinə kölgə salmaq məqsədini güdür. Bir məqamı da xatırlatmaqda fayda var ki, bu qüvvələr “Eurovision” öncəsində də eyni təxribatlara əl atmışdılar. Ancaq heç nəyə nail ola bilmədilər. Eyni ilə bu möhtəşəm idman yarışında da öz məqsədlərinə nail ola bilməyəcəklər. Bu tədbiri də ölkəmiz yüksək səviyyədə həyata keçirəcək”.
Oktay
Şərhlər