665 nəfər namizədliyini irəli sürdü

16.09.2015 16:27     Siyasi reaksiya     1946

"Bu günə qədər 665 nəfərin deputatlığa namizədliyi irəli sürülüb".

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında (MSK) MSK sədri Məzahir Pənahov bildirib.

Onlardan 338 nəfərin namizədliyi partiyalar tərəfindən, 25 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupları, 300 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülənlərdən 508 nəfərin namizədliyi təsdiqlənib və onlara imza vərəqi verilib.

Bu günə qədər MSK-da 95 nəfər müşahidəçi qeydə alınıb. Onlardan 86 nəfər öz təşəbbüsü, 9 nəfər isə QHT təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib.

 

Şərhlər