Lukaşenko: “Belarusla Azərbaycan bir-birinə yaxın dövlətlərdir"

12.06.2015 13:55     Siyasi reaksiya     1890

Belarusla Azərbaycan bir-birinə yaxın dövlətlərdir və yaxşı münasibətlər fundamentinə malikdir”.
 
APA-nın BELTA-ya istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
 
Lukaşenko Azərbaycanın I Avropa Oyunlarına hazırlığını yüksək qiymətləndirib. “Oyunlara hazırlaşmaq üçün 2 il vaxtınız olub. Bu vaxtadək heç bir iş görməsəydiniz, bu mümkün olmazdı. Biz bütün bu işlərin görüləcəyinə şübhə etmirdik, lakin belə gözəl olacağını gözləmirdik. Heyran qaldıq. Bu tarixi yarışın açılışına gəlməyə bilməzdim, çünki Olimpiya miqyaslı bu cür yarışların Avropada keçirilməsi ilə bağlı arzumu əvvəlcədən bildirmişdim”, - deyə o vurğulayıb.

Şərhlər

Çox oxunanlar