Çex prezidentinin Azərbaycana səfəri başa çatdı

17.09.2015 15:42     Siyasi reaksiya     1966

Sentyabrın 17-də Çex Respublikasının Prezidenti Miloş Zemanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.

Reaksiya.az xəbər verir ki, Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çex Respublikasının Prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Şərhlər