Zahid Oruc YAP-a təşəkkür etdi
17.09.2015 16:23 Siyasi reaksiya 2026
Azərbaycanda keçiriləcək parlament seçkilərində yenidən bitərəf namizəd kimi iştiraka qərar verən Milli Məclisin üzvü Zahid Oruc Yeni Azərbaycan Partiyasına (YAP) təşəkkür edib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Z.Oruc açıqlamasında bildirib ki, YAP-ın namizədini vermədiyi 8 dairədən biri məhz onun namizəd olduğu 94 saylı Bərdə kənd seçki dairəsidir: "Hakim partiya məhz mənə dəstək olaraq bu dairədən namizəd irəli sürməyib".
Z. Oruc qeyd edib ki, seçkilərdə YAP ona hər zaman dəstək verir: “Bu, bizim üçün çox böyük siyasi dəstək, mənim ulu öndər Heydər Əliyev kursuna sadiq olmağına hakim partiya tərəfindən verilən qiymətdir. Buna görə YAP-ın bütün üzvlərinə və rəhbərliyinə təşəkkür edirəm”.
Şərhlər