Sabir Rüstəmxanlı deputatlığa namizəd olmayacaq
18.09.2015 11:04 Siyasi reaksiya 2108
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu dəfəMilli Məclis üzvlüyünə namizədliyini irəli sürməyəcək.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə S. Rüstəmxanlı özü məlumat verib.
O bildirib ki, həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputat seçilməsinə yardımçı olacaq: “Namizədliyimi irəli sürməmək barədə qərarım qətidir. Tənzilə xanım namizədliyini verib, qeydiyyatdan keçsə, ona kömək edəcəyəm”.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.
Şərhlər