ABŞ müdafiə katibinin köməkçisi Azərbaycana gəldi

18.09.2015 11:20     Siyasi reaksiya     2008

ABŞ müdafiə katibinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini, xanım Evelin Farkasın (Evelyn N. Farkas) Azərbaycana səfəri başlayıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki , səfərin məqsədi iki ölkə arasında əməkdaşlığı müzakirə etməkdir.

Qısamüddətli səfər zamanı onun Azərbaycanda bir sıra rəsmi şəxslərilə görüşləri nəzərdə tutulur.

Azərbaycan dövlət rəsmiləri ilə görüşdə ikitərəfli əlaqələr, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq və müdafiə məsələləri müzkirə olunacaq.

Şərhlər