Baş Assambleyada iştirak edecək dövlətlərin sayı açıqlandı

18.09.2015 11:38     Siyasi reaksiya     1917

BMT Baş Assambleyasının 70-ci sessiyasında 154 dövlət və hökumət başçısı, habelə 30 nazirin iştirakı gözlənilir.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi Stefan Düjarrik keçirdiyi brifinqdə bildiirb.

Onun sözlərinə görə, təxminən 9 min nümayəndənin gələcəyi gözlənilir, lakin bu rəqəmin artacağı istisna deyil. 

Ümumi siyasi müzakirələr zamanı 485 tədbir keçiriləcək.

Yüksək səviyyəli qonaqların müxtəlif forumlarda iştirakı ilə yanaşı, ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Xatırladaq ki, ötən il 1300 ikitərəfli görüş keçirilib. BMT baş katibi də dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Şərhlər