Prezidentlərin görüşü keçiriləcək
18.09.2015 15:01 Siyasi reaksiya 2251
Sentyabrın 23-də Moskvada Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbasın görüşü olacaq.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Türkiyə prezidenti Moskvada məscidin açılış mərasimində iştirak edəcək. Həmçinin onun prezident Putinlə görüşü də nəzərdə tutulub. Biz Mahmud Abbasın da mərasimdə iştirakını gözləyirik. Onunla Putin ayrıca danışıqlar aparacaq" -, deyə Kremlin mətbuat xidmətinin rəhbəri qeyd edib.
Qeyd edək ki, sentyabrın 23-də Moskvanın Sülh prospektində yerləşən məscidin açılış mərasimi keçiriləcək. Mərasimə dəvət olunanlar arasında Səudiyyə Ərəbistanı, İordaniya, Fələstin, Qətər, Küveyt, Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, İran və digər dövlətlərin başçıları var.
Şərhlər