AŞPA müşahidə missiyasının Azərbaycana ilk səfəri başlayır

18.09.2015 15:32     Siyasi reaksiya     1899

İspaniyalı parlamentar Yordi Çuklanın başçılığı ilə 5 nəfərli AŞPA nümayəndə heyəti 21-22 sentyabr tarixlərində Azərbaycana seçkiqabağı durumu öyrənmək üçün səfər edəcək.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki , səfərin məqsədi 1 noyabr tarixində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçki sistemini və  seçki kampaniyasını dəyərləndirməkdir. Nümayəndə heyəti parlamentin spikeri, parlamentdə təmsil olunan parlament qrupları və partiya liderləri, həmçinin parlamentdə təmsil olunmayan müxalif partiya liderləri ilə görüşəcək. Bundan başqa Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri və Qeyri-hökumət təşkilatlıarı, media nümayəndələri ilə də görüş planlaşdırılır.

Nümayəndə heyəti seçki öncəsi səfərlər bağlı yazılı bəyanat hazırlayacaq.

Nümayəndə heyətinin tərkibinə həmçinin  Almaniyadan Franck Schwabe, keçmiş Yuqolsaviya Respublikası və Makedoniyadan Aleksandar Nikoloski, Türkiyədən Egemen Bağı və İspaniyadan Aqustin Konde daxildir.

Şərhlər