Elmar Məmmədyarov Macarıstanın yeni səfirini qəbul etdi
18.09.2015 16:10 Siyasi reaksiya 1925
Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri İmre Laslotskini qəbul edib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, görüşdə səfir İmre Laslotski etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Səfir Azərbaycanla Macarıstan arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Elmar Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Şərhlər