Azərbaycan və Türkiyə prezidentləri görüşdü

12.06.2015 18:07     Siyasi reaksiya     2004

Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

APA-nın məlumatına görə, dövlət başçısı Türkiyə prezidentini hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə şəxsən təbrik edib.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Əlaqələrimizin bundan sonra da bütün sahələrdə daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev Türkiyə idmançılarına uğurlar arzulayıb. Bu tədbirin ölkələr və xalqlar arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyi qeyd edilib.

Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Şərhlər

Çox oxunanlar