İlham Əliyev Malta Prezidentini təbrik etdi

19.09.2015 16:20     Siyasi reaksiya     1915

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Prekayanı təbrik edib.

Reaksiya.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Malta Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi yolunda atdığımız addımlar xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim sülh və firavanlıq arzulayıram".

Şərhlər