Qazaxıstanda qanunsuz işləyən 56 Azərbaycan vətəndaşı saxlanılıb
20.09.2015 11:51 Siyasi reaksiya 1829
Qazaxıstanın Almatı vilayətində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 56 Azərbaycan vətəndaşı saxlanılıb.
Reaksiya.az report-a istinadən xəbər verir ki, bu barədə Panfilovski rayonunun prokuroru Aydın Torebekov məlumat verib.
Onlar rayon prokurorluğu tərəfindən "Qərbi Avropa - Qərbi Çin" layihəsi çərçivəsində əcnəbi işçi qəbul edən müəssisələrdə miqrasiya qanunvericiliyinə riayət olunması ilə bağlı aparılan yoxlama zamanı aşkar ediliblər.
Azərbaycan vətəndaşları "EVRASKON" Avro-Asiya tikinti korporasiyası" ASC-də fəaliyyət göstəriblər. Onların Qazaxıstan ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq haqqında razılıq almadıqları müəyyən edilib.
Hazırda əcnəbilərin ölkə sərhədlərindən xaric edilməsi məsələsinə baxılır.
Şərhlər