İlham Əliyev Əlillərin Bərpa Mərkəzində oldu
21.09.2015 11:42 Siyasi reaksiya 1914
Sentyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Reaksiya.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevə mərkəzdə yaradılmış şərait barədə məlumat verib
Bildirilib ki, il ərzində ambulator, gündüz stasionarı və stasionar şəraitdə əlillərin reabilitasiyası və müalicəsi ilə məşğul olan mərkəz müasir tibbi avadanlıqla təchiz edilib. Binanın həyətində geniş yaşıllaşdırma işləri görülüb, xəstələrin təmiz havada gəzintisi və istirahəti üçün bütün şərait yaradılıb.
Mərkəzlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Şərhlər