Milli Məclisin ilk iclasının gündəliyi açıqlandı

21.09.2015 11:44     Siyasi reaksiya     1861

Azərbaycan Milli Məclisinin sentyabrın 30-da keçiriləcək payız sessiyasında ilk iclasının gündəliyi dəqiqləşib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə 39 məsələ daxildir.

Gündəlikdə Cinayət, İnzibati Xətalar məcəllələrinə, “Dövlət qulluğu haqqında”, “Yol hərəkəti haqqında” və daha bir neçə qanuna dəyişikliklər, dövlətlərarası sazişlərin təsdiqi, o cümlədən yeni “Publik şəxslər haqqında” qanun layihəsi var.

Qeyd edək ki, bu, Milli Məclisin IV çağırışda son sessiyasıdır, noyabrın 1-də parlamentə V çağırış seçkilər keçiriləcək.

Şərhlər