Bakıda ayaqüstü zirvə
13.06.2015 12:27 Siyasi reaksiya 1910
Bu ilin sonuna doğru Yüksək səviyyəli Əməkdaşlıq Şurasının zirvəsi üçün Rusiyada danışıqlar aparmağı planlaşdırılan Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Azərbaycanın paytaxtı Bakıda ayaqüstü də olsa söhbət ediblər.
İki lider ölkəmizdə ilk dəfə təşkil edilən Avropa Oyunlarının görkəmli açılış mərasimində iştirak ediblər.
Rusiya İnformasiya agentlikləri iki liderin Suriya və ortaq enerji layihələrini müzakirə etdiklərini bildiriblər.
Putin, Ərdoğan və Əliyev arasındakı səmimi söhbəti Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan da maraqla izləyib.
Putinin 7 iyun seçkilərindən sonra Ərdoğana zəng vurub AKP-nin uğuruna görə Prezidenti təbrik etməsi, Türkiyədə müxalifət partiyalarından mənfi reaksiya almış, müxalifət partiyaları Putinin Erdoğana zəng vurmalı olduğunu bildirmişdilər.
İki lider arasında 1915 – ci il hadisələrinin 100 - cü ildönümü ilə bağlı bir soyuqluq da yaşanmışdı. Putinin İrəvanda rəsmi mərasimdə iştirak etməsi və Moskvadakı bir mesajında "soyqırım" ifadəsini işlətməsi Ərdoğanı əsəbiləşdirmişdi.
Bu gərginlikdən sonra iki lider ilk dəfə dünən bir araya gəlib.
Şərhlər