Prezident baş naziri təbrik etdi
22.09.2015 18:12 Siyasi reaksiya 1883
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Baş naziri Zati-aliləri cənab Aleksis Tsiprasa təbrik məktubu göndərib.
"Hörmətli cənab Baş nazir,
Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz partiyanın qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrimizin, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".
Şərhlər