Mehriban Zeynalovanın namizədliyi qeydə alındı
23.09.2015 09:32 Siyasi reaksiya 2467
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın 32 saylı Suraxanı Rayon 3-cü seçki Dairəsindən rəsmi olaraq deputatlığa namizədliyi qeydə alınıb.
Bu barədə məlumatı Reaksiya.az-a Mehriban Zeynalova bildirib.
Qeyd edək ki, Mehriban Zeynalova 23 avqust 1955-ci ildə Gəncə şəhərində anadan olub.
1986-cı ildə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnsititunu bitirib. 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Siyasi Hüquq İnsititunda Fəlsəfə elmləri doktoru dərəcəsi alıb.
2006-cı ildə Daxili İşlər Nazirliyi İnsan Alveri Qurbanları üçün Şeltorun direktoru təyin edilib. 2008-ci ilin martından etibarən Zərərin Azaldılması üçün QHT Şəbəkəsinin koordinatoru, İnsan Alveri və Potensial qurbanlar üçün profilaktika mərkəzinin koordinatoru və digər vəzifələrdə çalışıb.
1998-ci ildən Qadın Hüquqlarının Müdafiəsi Assosasiyası yanında Dilarə Əliyeva adına "Təmiz Dünya" mərkəzinin rəhbəri, sonra isə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri olub. Bir çox beynəlxalq, regional və yerli əhəmiyyətli təlimlərdə dinləyici, təlimçi və ekspert qismində iştirak edib.
Bir neçə monoqrafiya və araşdırmanın müəllifidir.
Şərhlər