"Hazırda dünyada geopolitik toqquşmanın şahidi oluruq" - Ekspert rəyi

23.09.2015 13:15     Siyasi reaksiya     2198

Xəbər verildiyi kimi, ABŞ Almaniya ərazisində yeni B61-12 tipli 20 atom bombası yerləşdirəcək.

Bu barədə ilk xəbər verən Almaniyanın ZDF qəzeti məlumatını ABŞ büdcəsi üzrə sənədlərlə təsdiqləyir.

Mənbə onu da bildirir ki, "soyuq müharibə" dövrünün atom bombaları Reynland-Pfalts federal torpağı ərazisində yerləşən Bühel şəhərinin aviabazasında yerləşdiriləcək. Məlumatlarda qeyd olunur ki, Almaniya qırıcılarının asan daşıyacağı formada düzəldilmiş bombaların gücü Xirosimaya atılan bombaların gücündən 80 dəfə çoxdur. Həmçinin, 1945-ci ildə ABŞ tərəfindən Yaponiyaya qarşı istifadə edilən bombalardan daha dəqiqdir.

Qeyd edək ki, ABŞ-ın Almaniyada atom bombası yerləşdirməsi haqqında qərarı Rusiya rəsmiləri ciddi narahatlıqla qarşılayıb. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, ABŞ bu qərarı ilə "Nüvə silahını yaymamaq haqqında müqavilə"nin 1-ci və 2-ci bəndlərini pozur.

Rusiyanın məsələ ilə bağlı narahatlığı artıq cəmiyyət arasında da müxtəlif fikirlərin formalaşmasına səbəb olub. Bəziləri belə düşünür ki, ABŞ-ın bu qərarı III Dünya müharibəsi astanasına gətirib çıxarda bilər.

Reaksiya.az yaranmış ehtimalların həqiqətə nə qədər yaxın olduğunu araşdırıb.

Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı institunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov məsələni eksklüziv olaraq Moskva şəhərindən belə analiz edib:

“Hazırda dünyada geopolitik toqquşmanın şahidi oluruq. Bu geopolitik toqquşmada isə artıq tərəflər bəllidir. Ancaq son olaraq anqlosakson dəyərlər sistemi ilə avrasiyaçılıq dəyərlər sisteminin toqquşması baş verir. Buna da təbii yanaşmaq lazımdır. Tərəflər bir-birinə qarşı hər vasitə ilə öz qüvvələrini tətbiq etməyə çalışır”.

Şərhlər