Ərdoğan yenidən AKP – nin başına gəlir?

13.06.2015 14:30     Siyasi reaksiya     1791

Türkiyə baş nazirinin müavini Bülent Arınç prezident Ərdoğanın vəzifəsindən istefa edərək yenidən partiya sədrliyinə qayıdacağı iddialarıyla bağlı danışıb.

Baş nazirin müavini Bülent Arınç bildirib ki, Rəcəb Tayyib Ərdoğanın istefa edərək partiya sədrliyinə geri dönəcəyi və erkən seçkiyə gedəcəyi yönündə iddiaları dəyərləndirib.

Arınç bildirib ki, bu cür xəbərlərin yayılması çox səhvdir: “AKP – nin sədri də var, baş nazirimiz də var. Hörmətli Əhməd Davudoğlu çox uğurlu bir performans göstərib"

B. Arınc qeyd edib ki, Əhməd Davudoğlunun partiya səıdrliyinin, başbakanlığının mütləq şəkildə davamlı olacaq: “Hər hansı başqa bir ehtimalı da ehtimallar xaricinə qoyuram. Nə hörmətli prezidentinin belə bir niyyəti var, nə də partiyanın belə bir sistemə ehtiyacı var".

Şərhlər