Novruz Məmmədov BAMF-da oldu - FOTOLAR

23.09.2015 20:40     Siyasi reaksiya     2460

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat Xidmətinin rəhbəri, əməkdar jurnalist Akif Əli Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar.

Reaksiya.az xəbər verir ki, görüş zamanı beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi vəziyyət, dövlət və vətəndaş cəmiyyəti münasibətləri, media və vətəndaş cəmiyyəti qurumlarının beynəlxalq münasibətlərin inkişaf etdirilməsindəki roluna dair müzakirələr aparılıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev BAMF-ın beynəlxalq arenadakı rolu, beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi, gələcək fəaliyyət perspektivləri haqqında məlumat verib.

Şərhlər