"Biz məhsuldar danışıqların olacağını gözləyirik" - Ceyms Uorlik
24.09.2015 10:00 Siyasi reaksiya 1976
Bu gün Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşü olacaq.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "twitter" səhifəsində yazıb. "Biz məhsuldar danışıqların olacağını gözləyirik" - deyə, o qeyd edib.
Xatırladaq ki, həmsədrlər əvvəlcə hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda, daha sonra isə birlikdə görüşəcəklər.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov artıq ötən gün Nyu-Yorka yola düşüb. O, həmçinin BMT Baş Assambleyasında iştirak edəcək.
Şərhlər