Merkel Türkiyəyə mesaj verdi

24.09.2015 13:04     Siyasi reaksiya     2122

"Avropa İttifaqı qaçqın problemini yalnız Türkiyəni bu işə cəlb etməklə həll edə bilər".

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Almaniyanın federal kansleri Angela Merkel Bbundestaqda çıxışı zamanı deyib. O bildirib ki, Aİ öz xarici sərhədlərini yalnız Türkiyə ilə birlikdə qoruya bilər.

Kansler qeyd edib ki, qaçqın problemi qlobal səviyyədə dərk edilməlidir: “Tərəflər bu təhlükələri milli, Avropa və qlobal səviyyədə nə qədər qəbul etsələr, onu həll etmək də o qədər asan olacaq. Avropa İttifaqı ölkələri qaçqın məsələsinin həllində birlik nümayiş etdiriblər. Bu, pozitiv siqnaldır. Bu birlik siqnalından problemin həllini daha da irəli aparmaq üçün istifadə etmək lazımdır”.

A. Merkel miqrasiya probleminin Rusiya, Yaxın və Orta Şərq ölkələri, həmçinin ABŞ-ın köməyi ilə də həll etməyin vacibliyini vurğulayıb.  

Şərhlər