RATİ rəhbəri Emin Hüseynov İsveçrəyə aparıldı

13.06.2015 15:42     Siyasi reaksiya     2225

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov İsveçrəyə gedib.

 

Lent.az-ın məlumatına görə, bu barədə isveçrəli jurnalistlər özlərinin “Twitter”dəki hesablarına yazırlar. Jurnalistlər İsveçrənin Xarici İşlər Nazirliyinə istinadən qeyd edirlər ki, E.Hüseynov artıq bu ölkədədir.

 

Qeyd edək ki, RATİ rəhbəri Emin Hüseynov bir neçə aydır İsveçrənin Bakıdakı səfirliyinin binasında yaşayırdı. O ötən il rəhbəri olduğu qurumun ofisində axtarışlar başlandıqdan sonra  İsveçrə səfirliyinə sığınmışdı.  

Şərhlər