ABŞ və Çin arasında razılıq əldə olunub

26.09.2015 06:01     Siyasi reaksiya     1578

ABŞ və Çin bir-birinə qarşı kiberhücuma əl atmayacaqları və ya internet vasitəsilə bir-birinin intellektual mülkiyyətini oğurlamayacaqları haqda qarşılıqlı anlaşma əldə ediblər. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama və Çin Xalq Respublikasının sədri Si Tisnpin Ağ Evdə keçirdikləri birgə mətbuat konfransında bəyan ediblər.
 
Obama administrasiyası bildirir ki, ABŞ və Çin öz ölkələrinin kiberməkanda beynəlxalq birlik çərçivəsində davranış normalarını hazırlamaq ideyasına sadiqdir və internet sahəsində qarşılıqlı münasibətlərin bundan sonrakı müzakirəsi uşun ekspert qrupu yaratmağı planlaşdırır.
Az öncə rəsmi Pekin ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepperin haker hücumları haqda bəyanatından hiddətlənmişdi və ittihamları rədd eləmişdi.

Şərhlər