Sinan Ogan MHP -dən xaric olunub - SON DƏQİQƏ
13.06.2015 18:09 Siyasi reaksiya 2133
7 iyun seçkilərində millət vəkili olduğu İqdırdan sürpriz bir şekildə namizəd göstərilməyən Sinan Oğan MHP – dən xaric edilib. Maraqlıdır ki, Oğanın niyə namizəd göstərilməməsi ilə bağlı nə partiya idarə heyətindən, nə də Oğan qanadından dəqiq bir açıqlama verilməmişdi. İddia edilir ki, Sinan Oğanın xaric edilməsinə səbəb seçkidən sonra sosial mediada yazdığı yazılar olub.
Sinan Oğan seçkilərdə MHP – nin əvvəlki seçkilərdə də bu cür səs itirdiyini irəli sürərək partiya rəhbərliyinə işarə etmişdi.
Digər tərəfdən Oğanın yenə twitter hesabında "Haqqımızda dövlət vermiş fərmanı, fərman padişahın, Ülkücü könüllər bizimdir" yazması ixrac iddialarını gücləndirib.
Şərhlər