AŞPA yeni prezident seçəcək
28.09.2015 17:48 Siyasi reaksiya 2029
Avropa Şurası Parlament Assambleyası növbəti, qış sessiyasında yeni prezident seçəcək.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu hazırkı prezident Ann Brassör Strasburqda başlayan payız sessiyasında çıxışı zamanı deyib. “2016-cı ilin yanvarından yeni prezident olacaq. Bu, prezident kimi mənim son iclasımdır”, - deyə o, söyləyib.
AŞPA-nın daxili prosedur qaydalarına uyğun olaraq prezidentlik növbəsi Avropa Xalq Partiyası fraksiyasına çatıb. Bu fraksiyadan isə prezidentliyə namizədlik üçün fraksiyanın rəhbəri Pedro Aqramunt və AŞPA-nın keçmiş prezidenti Jan Klod Minyon mübarizə aparacaq. Xatırladaq ki, P. Aqramunt AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisidir.
Şərhlər