Bu şirkət Azərbaycanı seçdi

29.09.2015 09:29     Siyasi reaksiya     2088

"Dağlıq Qarabağ münaqişəsi səbəbindən biz Azərbaycanla Ermənistan bazarı arasında seçim etmək məcburiyyətində qaldıq və biz Azərbaycanı seçdik".

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın "Vedomosti" qəzetinə müsahibəsində "Western Union" şirkətinin prezidenti Hikmət Ersek deyib.

"Hər iki ölkənin Mərkəzi Bankı bizim qarşımızda seçim qoydu: biz bu iki ölkədən yalnız birində fəaliyyət göstərə bilərdik. Təbii ki, mən istərdim ki, biz Ermənistanda da işləyək, lakin biz şəraitə uyğunlaşmalıyıq. Ermənistan razılaşsaydı, biz sabahdan etibarən orada biznesimizi qurmağa başlayardıq", - deyə H. Ersek bildirib.

Şərhlər