Sarkisyan həmsədrlərlə Qarabağdan danışdı
30.09.2015 10:53 Siyasi reaksiya 2099
Ermənistan prezidenti Serj Sarkisyan sentyabrın 29-da Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, Pyer Andryu, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, tərəflər ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin hazırkı mərhələsi və mövcud təhlükələr barədə fikir mübadiləsi aparıblar. Təmas xətti və Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması halları da müzakirə mövzusu olub.
Şərhlər